30 il əvvəl qətl və başqa ittihamlarla ölüm cəzasına, sonradan ömürlük həbsə məhkum edilən İbrahim Qədirov azadlığa çıxmaq istəyir.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 64 yaşlı məhkum bununla bağlı yerli məhkəməyə müraciət edib.
Ömürlük məhkum ərizəsində yazıb ki, 1997-ci ildə tanışı ilə birgə odlu silahdan istifadə etməklə bir nəfəri qətlə yetiriblər.
35 yaşından bu günə kimi cinayətinin cəzasını çəkir. Amma içəridə keçirdiyi 30 il ərzində tam islah olunub, cəmiyyət üçün heç bir təhlükə daşımır. Bundan əlavə artıq səhhətində də problemlər yaranıb. Bu səbəbdən ömürlük həbsinin müddətli cəza ilə əvəz edilməsini xahiş edir.
Məhkumun saxlanıldığı cəzaçəkmə müəssisəsi də onun xeyrinə rəy verib. Rəydə qeyd olunub ki, məhkum 30 ildə daxili intizam qaydalarına əməl edib, törətdiyi cinayət əməlindən peşmanlıq keçirir.
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi isə məhkumun ərizəsinin təmin edilməməsini, həbsinin davamına qərar verilməsini tələb edib.
Məhkəmənin qərarı da elə prokurorun tələbi ilə eyni olub. Hakimin qərarına əsasən, məhkum o, qədər ağır cinayət törədib ki, əvvəl onun barəsində ölüm hökmü çıxarılıb. Hazırda da onun tam islah olduğu qənaətinə gəlmək olmaz.
Bu əsasla İbrahimin müraciəti rədd edilib, ömür boyu həbsdə qalmasına dair qərar dəyişməyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:55 / 02.10.2026
30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı
Hazırda oxunan: 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı
Hazırda oxunan: 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı
639968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































