Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Hazırda oxunan: Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

639875

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı, əhalinin öz doğma yurdlarına köçürülməsi və onların işlə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bəs hazırda Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma və məşğulluq hansı səviyyədədir?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, hazırda Qarabağ və Şərqi Zəngəzura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, ümumilikdə 93 mindən çox insan fəaliyyət göstərir və təhsil alır.

Məşğulluq məsələlərinə gəlincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən sorğumuza cavab olaraq qeyd olunub ki, Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurdlarına qayıdışına paralel şəkildə məşğulluğun təminatı müntəzəm aparılır:

Görülən genişmiqyaslı tədbirlərin nəticəsi olaraq artıq 12 059 şəxsin məşğulluğu təmin edilib. Onlardan 8 847 şəxs müvafiq işlə təmin olunub, 1062 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib. Hazırda daha bir qrup sakinin də məşğulluğunun təminatı istiqamətində işlər davam etdirilir".

Agentlikdən həmçinin bildirilib ki, ərazidə sakinlər üçün peşə hazırlığı kurslarının təşkili də diqqət mərkəzindədir:

"Artıq 607 şəxs işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib. Peşə kurslarını uğurla bitirən şəxslərin də işlə təminatına müvafiq dəstək göstərilir".

Ayşəm Rüstəmli, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO