Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Eminov saxlanılıb.
Ondan 36 kiloqram narkotik vasitə aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:50 / 01.10.2026
DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto
Hazırda oxunan: DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto
Hazırda oxunan: DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto
639861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































