Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Hazırda oxunan: Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

639846

Texniki səhv nəticəsində ödənişi yanlış nisbətdə edən şirkət ƏDV məbləğinin yalnız bir hissəsini əvəzləşdirə biləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən "Yenisabah.az"a bildirilib.

Qurumdan verilən məlumata görə, “A” MMC elektron qaimə-faktura üzrə “X” MMC-yə 33 983 manat əsas məbləğ və 6 116 manat ƏDV ödəməli olduğu halda, texniki səhv nəticəsində qarşı tərəfin bank hesabına 29 900 manat, ƏDV depozit hesabına isə 10 200 manat köçürüb. “X” MMC ödənişi tam qəbul edib və borc silinib.

 

Bununla belə, “A” MMC 6 116 manat ƏDV-ni tam əvəzləşdirə bilməz. Dövlət Vergi Xidmətinin izahına əsasən, bank hesabına ödənilən 29 900 manata mütənasib olaraq yalnız 5 382 manat ƏDV əvəzləşdirilə bilər.

 

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV-nin əvəzləşdirilməsi üçün əməliyyatın dəyəri satıcının bank və ya digər ödəniş hesabına, ƏDV məbləği isə ƏDV depozit hesabına ödənilməlidir.

Beləliklə, borcun qarşı tərəf tərəfindən tam qəbul edilməsi ƏDV-nin tam əvəzləşdirilməsi üçün kifayət etmir. Ödənişlərin qanunvericilikdə nəzərdə tutulan qaydada aparılması da tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO