Özünü qəsdən maşının altına atıb bundan pul qazanmaq istəyənlər, təəssüf ki, yeni peyda olmayıb. Sadəcə, əvvəllər belə halların sayı barmaqla sayılacaq qədər idisə, indi sayları “n” qədərdir.
Müasir sürücülərin isə bir məsələdə bəxti gətirir: artıq avtomobillərin böyük hissəsində videoregistrator var, üstəlik, yollardakı digər avtomobillərin kameraları da hadisəni qeydə ala bilir. Bu görüntülər sürücünün əvvəlcədən qurulmuş belə bir “tələ”dən yaxa qurtarması üçün ən mühüm sübutlardan birinə çevrilə bilər.
Bəs özünü maşının altına ataraq sürücünü aldadıb pul əldə etməyə çalışan piyadanın hiyləsi üzə çıxarsa, onu hansı məsuliyyət gözləyir?
Hadisənin bütün detalları, şəxsin məqsədi və sürücüdən pul tələb edib-etməməsi hüquqi qiymətləndirmə zamanı nəzərə alınır. Əgər məqsəd aldatma yolu ilə pul və ya başqa əmlak əldə etməkdirsə, əməl müəyyən hallarda dələduzluq kimi qiymətləndirilə və cinayət məsuliyyəti yarada bilər. Bu əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi, yəni dələduzluq kimi qiymətləndirilir. 1000-2000 manat cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrum edilə bilər.
Əgər əməl təkrar və ya daha böyük məbləğdə ziyan vurmaqla törədilibsə, 178.2 və sonrakı hissələr üzrə daha ağır cəza, o cümlədən 5 ilədək azadlıqdan məhrumetmə məsələsi yarana bilər.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:50 / 30.09.2026
“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?
Hazırda oxunan: “Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?
Hazırda oxunan: “Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?
639661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































