DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

Hazırda oxunan: DTX-nin saxladığı Saleh Səmədova cəza istənildi

639611

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.
 

Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.


Müdafiə vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses 7 oktyabr saat 11:45-ə təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO