Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

639595

Pakistanın Lahor şəhərində Azərbaycan vətəndaşı olan qadının cinsi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatlar təbbi ki, bizi də ciddi narahat etdi. Qadınlara qarşı zorakılığın bütün formalarını qətiyyətlə pisləyirik.

Bu barədə Bizim Media-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı Dövlət Komitəsi olaraq,Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqədəyik. 

"Aldığımız  məlumata görə, hadisə ilə bağlı iki  şəxs məhkəmə qərarı ilə həbs olunub, digər iki şəxsin axtarışı da, davam etdirilir. Araşdırma Pakistanın hüquq-mühafizə orqanları tərəfindən aparılır.
 

Hazırda əsas məsələ zərərçəkmiş şəxsin təhlükəsizliyinin, hüquqlarının və məxfiliyinin qorunması, ona lazımi dəstəyin göstərilməsidir. Hadisə ilə bağlı insan alveri və istismar ehtimalının olub-olmaması da aidiyyəti qurumlar tərəfindən araşdırılır və hadisəyə hüquqi qiymət veriləcək.


Eyni zamanda, media və sosial şəbəkə istifadəçilərini bu həssas məsələ ilə bağlı məlumat yayarkən zərərçəkmiş şəxsin kimliyinə, ləyaqətinə və təhlükəsizliyinə hörmət etməyə, araşdırmanın nəticələrini qabaqlayan məlumat və mülahizələrdən çəkinməyə çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO