Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Hazırda oxunan: Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
639536
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

C vitamini deyildikdə ağlımıza ilk olaraq portağal və limon gəlir. Ancaq süfrələrimizdə tez-tez istehlak edilən qırmızı bibər tərkibindəki C vitamini miqdarı ilə bu iki meyvəni qabaqlayır. Xüsusilə çiy şəkildə yeyildikdə gündəlik C vitamini ehtiyacının mühüm bir hissəsini təkbaşına qarşılaya bilir.

Bizim.Media xəbər verir ki, təxminən yarım stəkan doğranmış çiy qırmızı bibərdə 95 milliqram C vitamini mövcuddur. Orta ölçülü bir portağal isə təxminən 70 milliqram ehtiva edir. Bu da qırmızı bibərin miqdarına görə olduqca güclü bir C vitamini mənbəyi olduğunu göstərir.
 

Qırmızı bibərin önə çıxmasının səbəbi yalnız C vitamini ehtiva etməsi deyil. O, eyni zamanda beta-karotin başda olmaqla müxtəlif antioksidantlar da daşıyır. C vitamini isə immun sisteminin normal fəaliyyətinə töhfə verərkən kollagen istehsalı və dəmirin sorulması kimi bir çox prosesdə rol oynayır.


C vitamini suda həll olunan və yüksək temperatura qarşı həssas bir vitamin olduğu üçün bişirmə üsulu da əhəmiyyətlidir. Qırmızı bibər uzun müddət yüksək temperaturda bişirildikdə tərkibindəki C vitamininin bir hissəsi itə bilər. Buna görə də Vitamindən daha çox faydalanmaq istəyənlər üçün onu çiy və ya qısa müddət bişirilmiş şəkildə istehlak etmək tövsiyə olunur.

Portağal və limon güclü C vitamini mənbələri olsa da, bu vitamin təkcə sitrus meyvələrindən alınmır. Kivi, çiyələk, brokoli və qırmızı bibər kimi bir çox qida da yüksək miqdarda C vitamini ehtiva edir.

Gündəlik qidalanmada müxtəlif tərəvəz və meyvələrə yer vermək C vitamini ehtiyacının qarşılanmasını asanlaşdırır. Qırmızı bibər də yüksək C vitamini tərkibi sayəsində bu məsələdə seçilən variantlardan biri kimi diqqət çəkir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO