Ağdərə məktəblərində ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

Ağdərə məktəblərində ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

Hazırda oxunan: Ağdərə məktəblərində ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!

637478

İşğaldan azad edilmiş Ağdərə rayonu ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant ikinci iş yerləri üzrə müddətli əmək müqaviləsi ilə müəllimlərin işə qəbulu prosesinə başlanılır.

Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb. 

Məlumata görə, işə qəbul zamanı aşağıdakı tələblər nəzərə alınacaq:

Sertifikatlaşdırma imtahanında 51 və daha yüksək bal toplamış müəllimlərə üstünlük veriləcək;

Sertifikatlaşdırma nəticəsi olmayan müəllimlərin sonuncu qiymətləndirmə nəticəsi (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqə) 85 faiz və daha yüksək olmalıdır.

Qeyd olunub ki, müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlər 22 sentyabr 2026-cı il saat 16:00-dək onlayn qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: //forms.gle/jtDcgmAijvzsSwmU7

Vakant yerlərin siyahısı:
 //docs.google.com/spreadsheets/d/1YQgsS27iyBc-269MS4XqnVak7FZjKMW-J5qmdZCkngg/edit?usp=sharing

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO