Əməkdar artist komaya düşdü - FOTO

Əməkdar artist komaya düşdü - FOTO

Hazırda oxunan: Əməkdar artist komaya düşdü - FOTO

637442

Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti ağırlaşıb.

Bizim.Media xəbər verir ki, komaya düşən diktorun son vəziyyəti ilə bağlı qızı Gültən Ramazanova açıqlama verib.

G.Ramazanova “musavat.com”a bildirib ki, anasının vəziyyəti kritikdir və həkimlər onun səhhəti ilə bağlı ümidli deyil: 

“Anamın böyrəkləri fəaliyyətini dayandırıb. Həkim dedi ki, son saatlarıdır, orqanizm tab gətirmədi. Anam komadan ayılmadı. Hər şey sondur. Həkimlər ümidli deyil. Vəziyyəti hər saat pisləşir”.

Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.

Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO