Tərkibində dəyişiklik edilən seçki komissiyalarının SAYI AÇIQLANDI

Tərkibində dəyişiklik edilən seçki komissiyalarının SAYI AÇIQLANDI

Hazırda oxunan: Tərkibində dəyişiklik edilən seçki komissiyalarının SAYI AÇIQLANDI

637234

“Dairə seçki komissiyalarının heç də hamısında dəyişiklik aparılmayıb, 49 dairə seçki komissiyasının tərkibində dəyişiklik baş tutub”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Rövzət Qasımov komissiyanın bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, komissiya üzvlüyünə 375 yeni siyahı təqdim olunub:

"Dairə seçki komissiyalarınin tərkibindən çıxan şəxslərdən 16-si dairə seçki komissiyalarının sədrləridir. Onların bu qərarı əsasən səhhətləri ilə bağlı olub. MSK hər zaman aşağı seçki komissiyalarında gender bərabərliyinə diqqət edir. Yeni 375 nəfərlik siyahıda yer alan namizədlərdən 82-si xanımdır. Seçki sahəsində peşəkarlığı heç də ali təhsillə bağlamaq düzgün olmazdı. Amma əsasən kriteriyalara uyğun gələnlərin 367 nəfəri ali təhsillidir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO