Lənkəranda məsuliyyətdən yayınmaq üçün avtomobilin nömrə nişanlarını lentlə örtən sürücü saxlanılıb.
Bizim.Media xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində dövlət qeydiyyat nişanlarının üzəri yapışqan lentlə örtülmüş vəziyyətdə idarə olunan “Mercedes” markalı avtomobil saxlanılıb.
Araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən sürücünün yol verdiyi qayda pozuntularına görə məsuliyyətdən yayınmaq məqsədilə dövlət qeydiyyat nişanlarının görünüşünə müdaxilə etdiyi müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:45 / 17.09.2026
Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü TUTULDU
Hazırda oxunan: Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü TUTULDU
Hazırda oxunan: Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü TUTULDU
637165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































