Hacıqabulda tutuldu, Bakıdakı cinayətləri də ortaya çıxdı -FOTO

Hacıqabulda tutuldu, Bakıdakı cinayətləri də ortaya çıxdı -FOTO

Hazırda oxunan: Hacıqabulda tutuldu, Bakıdakı cinayətləri də ortaya çıxdı -FOTO

637162

Hacıqabulda oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Hacıqabul rayonunda yerləşən kafelərin birindən pul və 3 ədəd mobil telefon oğurlanması, eləcə də yanacaq doldurma məntəqələrinin birindən oğurluğa cəhd edilməsi barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Nəriman Vəlizadə saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan şəxsin Bakı şəhəri ərazisindən 5 ədəd motosiklet oğurlayaq satması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N. Vəlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO