Toz formasında olan soyuqdəymə dərmanları ilə bağlı XƏBƏRDARLIQ

Toz formasında olan soyuqdəymə dərmanları ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Toz formasında olan soyuqdəymə dərmanları ilə bağlı XƏBƏRDARLIQ

637025

Mövsüm dəyişikliyi səbəbilə soyuqdəymə halları son vaxtlar daha da artıb. Əlbəttə, bu səbəbdən apteklərdə də soyuqdəymə əleyhinə dərmanlara xüsusilə isə suya qatılaraq içilən toz preparatlara tələbat daha da çoxalıb. Belə ki, toz formasında olan, adətən ilıq suya qatılaraq içilən bu dərmanlar reseptsiz satılır. Buna görə də soyuqdəymə, halsızlıq kimi anlarda xəstələr daha çox bu dərmanlara üz tuturlar.

Ancaq nəzərə almaq lazımdır ki, həkimlər tez-tez həkim məsləhəti olmadan dərman almağın ziyanlarından bəhs edirlər.

Bəs bu toz dərmanlarını da həkim məsləhəti olmadan içmək orqanizmə zərərlidir?

Bizim.Media mövzuyla əlaqədar farmakoloq Aydın Əliyevin fikirlərini öyrənib. 

Həkim suallarımızı cavablayarkən bildirib ki, toz formasında belə olsa, reseptsiz dərman qəbul  etmək doğru deyil.

"Fəsilə, yaşa, işə, cinsə uyğun qidalanmalı və həkimin məsləhət bildiyi, təyin etdiyi diaqnoza yazılan dərmanları qəbul etmək müalicə deməkdir Dərman reseptli  də olsa, reseptsiz də fərqi yoxdur, yalnız həkim məsləhəti ilə istifadəsi düzgündür".

Bu dərmanlar daha çox bitki tərkibli, vitaminlərdən ibarət olur. Bəs, sağlamlıq üçün əks təsir yarada bilər?

"Burada önəmli məqam doza məsələsidir. Hansı orqanda hansı patalogiyanın olduğunu xəstələr adətən bilmirlər. Allergik reaksiyalar, zəhərlənmələr, halsızlıq, arzuolunmaz istənilən ağırlaşmalar da ola bilər".

Həkim daha sonra mövsüm dəyişikliyi səbəbilə xəstəliklərə qarşı alına biləcək sadə önləmlərdən bəhs edib:

"İlk olaraq, immun sistemini gücləndirmək lazımdır. Yəni fəsilə uyğun qidalanmaq, havaya uyğun geyinmək lazımdır. İnsan  soyuqdəyməyə qarşı sanitar-gigiyenik qaydalara uyaraq da özünü qorumalıdır.  Məsələn, duşu fəsilə uyğun qəbul etmək lazımdır.  Reseptsiz dərmanlar soyuqdəymə hallarına qarşı qəbul edilə bilər. Ancaq xüsusən uşaqlar barəsində həkim məsləhəti daha yaxşıdır, - deyə həkim qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO