Yardımlı İcra Hakimiyyətində saxlanılan iki vəzifəli şəxs HƏBS EDİLDİ

Yardımlı İcra Hakimiyyətində saxlanılan iki vəzifəli şəxs HƏBS EDİLDİ

Hazırda oxunan: Yardımlı İcra Hakimiyyətində saxlanılan iki vəzifəli şəxs HƏBS EDİLDİ

636985

Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Bizim.Media xəbər verir ki, təqdimata Binəqədi rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, təqdimat təmin edilib, təqsirləndirilən hər iki şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 30 noyabradək uzadılıb.
 

Təqsirləndirilən Elçin Mirzəyev və Yaşar Eyvazovun hansı maddələr üzrə ittiham edildikləri də məlum olub. Belə ki, adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) maddəsi ilə ittiham irəli sürülüb.


Qeyd edək ki, təqsirləndirilən Elçin Mirzəyev və Yaşar Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO