Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

Hazırda oxunan: Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı YENİ QAYDA

636747

Xarici diplomatların Azərbaycanda qeydiyyatı ilə bağlı qaydalar dəyişir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası çərçivəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycan Respublikasında müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

 

Qeydiyyata alınan şəxslərə onların Azərbaycandakı statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək. Qeydiyyat vəsiqəsinin fərdi qaydada doldurulması və verilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək. Bu şəxslər barədə məlumatlar həmin sistem vasitəsilə Vahid Miqrasiya Məlumat Sisteminə ötürüləcək.

 

Bundan başqa, qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, eləcə də qeydiyyat qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Dəyişikliklə rəsmi səfər vizasının kimlərə verilməsi ilə bağlı müddəalar da yenilənir. Belə viza diplomatik nümayəndəlik və konsulluqların, beynəlxalq təşkilatların orqanları, bölmələri və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə, onların ailə üzvlərinə, həmçinin diplomatik və ya xüsusi missiya ilə Azərbaycana səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.

Eyni zamanda, həmin şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması yeni viza verilməsi qaydasında həyata keçiriləcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO