Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Prospektlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qeyd edək ki, gəlinin olduğu avtomobili bəy idarə edirmiş.
Qəza nəticəsində bəy və gəlin xəsarət almayıb. Ancaq avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib. Bəy və gəlin qəzadan sonra başqa avtomobillə toy mərasimi olan məkana gediblər.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:04 / 13.09.2026
Toy karvanında gəlin maşını işıq dirəyinə çırpıldı
Hazırda oxunan: Toy karvanında gəlin maşını işıq dirəyinə çırpıldı
Hazırda oxunan: Toy karvanında gəlin maşını işıq dirəyinə çırpıldı
636423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































