Emin Əmrullayev: “Tənqid edənlər ortaya alternativ qoysalar, yaxşı olar”

Emin Əmrullayev: “Tənqid edənlər ortaya alternativ qoysalar, yaxşı olar”

Hazırda oxunan: Emin Əmrullayev: “Tənqid edənlər ortaya alternativ qoysalar, yaxşı olar”

636047

“Hansısa ölkənin təhsil sistemində nələrsə bizdən yaxşıdırsa, bu o demək deyil ki, həmin səbəbləri düzəltsək, bizdə də yaxşı olacaq”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsil İşçilərinin Sentyabr Konfransında bildirib.

Nazirin sözlərinə görə, hər bir xalqın özünəməxsus xüsusiyyətləri var, bəzi təcrübələr bizdə işləməyə bilər, cəmiyyətdə qəbul olunmaya bilər.

"On il bundan əvvəl bizim əlimizdə müəllim davranışının tədrisin keyfiyyətinə təsirini ölçmək üçün heç nə yox idi. İndi isə tədqiqat nəticələri, ölçülər var, əlimizdə də xeyli rəqəm var. Təhlil edib nələrisə anlamağa başlayırıq. Bu tədqiqatları tənqid edənlər isə ortaya alternativ qoya bilsələr, yaxşı olardı", — nazir bildirib.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO