Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ÖDƏNİLƏCƏK

Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ÖDƏNİLƏCƏK

Hazırda oxunan: Regionlarda həkim çatışmazlığına son qoyulur – Əlavə pul ÖDƏNİLƏCƏK

634373

“Həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq ediləcək. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan dəyişən bonus ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək. Beləliklə, həkim çatışmazlığı olan regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, əlavə bonus ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar”.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.

İcraçı direktorun sözlərinə görə, ambulator tibbi xidmətlər göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.

“Eyni zamanda, əməkhaqqı qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir. İslahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir. Xidmət keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur. Həmin yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir”, - deyə Anar Bayramov diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO