Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO

Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO

Hazırda oxunan: Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO

634344

YAŞAT Fondu 2026-2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2 000 AZN məbləğində pul mükafatı təqdim edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həmin şəxslərlə görüşüb.
 

İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı YAŞAT Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.


Mükafat üçün Dövlət İmtahan Mərkəzi vasitəsilə qəbul imtahanında 400 bal və yuxarı, subbakalavr pilləsində isə 90 bal və yuxarı nəticə toplayaraq ali təhsil müəssisəsinə qəbul olan, həmçinin dünya reytinqində ilk 1 000-likdə yer alan universitetlərdən birinə qəbul olan şəxslər müraciət edə bilərlər.

Müraciətlərin qəbulu üçün son tarix 31 oktyabrdır.

Xatırladaq ki, YAŞAT Fondu tərəfindən əvvəlki illərdə də ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə tələbə mükafatı təqdim olunub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO