Tramp İran xalqına MÜRACİƏT etdi

Tramp İran xalqına MÜRACİƏT etdi

Hazırda oxunan: Tramp İran xalqına MÜRACİƏT etdi

634339

ABŞ Prezident Donald Tramp İran xalqına müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Trampın sözlərinə görə, zərbələrdən sonra İran iqtisadiyyatı faktiki olaraq çökməkdədir.
 

“Mövcud vəziyyətimiz məni daha çox qane edir: biz Hörmüz boğazına demək olar ki, tam nəzarət edirik, onların iqtisadiyyatı isə tamamilə çökür. Onlar sadəcə, labüd olanı ləngidirlər”, – deyə Tramp qeyd edib.


Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-ın Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO