
- A-
- A
- A+
İdman
00:38 / 02.09.2026
"Sabah" braziliyalı futbolçu transfer etdi
Hazırda oxunan: "Sabah" braziliyalı futbolçu transfer etdi
634307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Sabah" heyətinə yeni futbolçu qatıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə çempionu məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiyanın "Zenit" klubundan icarəyə götürülüb.
Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək "Sabah"ın üzvü olacaq. Klub icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021–2023), "Qremio" (2024) və "Sport Resife" (2025), Rusiyanın isə "Zenit" (2023–2024) və "Orenburq" (2025–2026) klublarında çıxış edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































