"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

"Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

Hazırda oxunan: "Elə bil, bütün kişilər tək bir qadınla evlənir"

634300

ABŞ-də yaşayan keçmiş aparıcı Aynur Talıbova insanların görünüşə münasibətindən danışıb.

Bizim.Media xəbər verir ki, o, sosial şəbəkədə həm əməliyyat etdirənlərin, həm də təbii görünüşünü qoruyan insanların cəmiyyət tərəfindən mühakimə olunduğunu bildirib:

“Burun kəsdirmirsən, qısnayırlar. Kəsdirirsən, cırnayırlar. İnsanların dərdi nədir və niyə bu görünüş obsesiyası bizə rahat yaşamağa imkan vermir?

Məsələ mənim olduğum kimi görünməyin, təbiiliyin tərəfdarı olmağımdaydı. Makiyaj belə etmirdim və efirə belə makiyajsız çıxırdım. Doğrudur, bu işi görmədiyim kimi, illər sonra da görürsünüz ki, hələ də orijinal burunla gəzirəm və buna görə də sosial mediada zaman-zaman təzyiqə məruz qalıram.
 

Mədəni özəllik standartı necə oldu ki, kütləvi tibbi bazara çevrildi? Çünki Şərqdə üz sadəcə bədən hissəsi deyil, sosial kapitaldır. Bu sosial kapital elə işləkdir ki, gözdən düşməkdə olan, reytinqləri və populyarlığı təhdid altında olan şou-biznes artistlərinin əməliyyat masasına yatıb yenidən yığılması bəs edir ki, gündəmi yenidən işğal etsinlər.


Talıbova sosial medianın insanların öz görünüşünü dəyişdirməsinə təsirindən də danışıb:

“Telefon insanlara öz idealını yaratmağı öyrətdi. Yəni, özünüzü yenidən yaratmaq üçün kiməsə bənzəmək lazım deyildi. Bununla birlikdə isə qəribə bir şəkildə hamı bir-birinə bənzəməyə başladı. Məsələn, şəxsən mən toy şəkillərinə baxanda elə bilirəm ki, ölkədəki bütün kişilər tək bir qadınla evlənir. Çünki gəlinlərin hamısı bir yumurta əkizi kimi bir-birinə bənzəyir. Eyni burun, eyni dodaq, eyni qaş, eyni sifət". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO