Sentyabr ayı bürclər üçün münasibətlərdən karyeraya, maliyyə məsələlərindən şəxsi qərarlara qədər müxtəlif sahələrdə mühüm dəyişikliklərin ön plana çıxacağı dövr olacaq.
Bizim.Media xəbər verir ki, astroloji təqvimə əsasən, sentyabrın 1-dən 22-dək Günəş Qız bürcündə olacaq. Sentyabrın 11-də Qız bürcündə Yeniay, 23 sentyabrda Günəşin Tərəzi bürcünə keçidi və payız ekinoksu, 26 sentyabrda isə Balıq bürcündə Dolunay baş verəcək.
Ay ərzində iş, sağlamlıq, münasibətlər, maliyyə, karyera və şəxsi inkişafla bağlı mövzuların ön plana çıxacağı bildirilir.
Qoç
Sentyabr ayında Qoçların iş mühiti, gündəlik rejimi və sağlamlığı ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. İş həyatında səmərəliliyi artırmaq üçün yeni sistemlər qurmaq mümkün olacaq.
11 sentyabrda Qız bürcündə baş verəcək Yeniay iş mühitində yeni layihənin başlanmasına şərait yarada bilər. 26 sentyabrda Balıq bürcündə olacaq Dolunay isə şüuraltında yığılan qorxularla üzləşmək və daxili rahatlıq əldə etmək mövzusunu gündəmə gətirəcək.
Buğa
Buğalar üçün sentyabrın ilk yarısında eşq həyatı, yaradıcılıq və hobbilər ön plana çıxacaq.
11 sentyabrda Qız Yeniayı istedadları qazanca çevirmək və ya yeni münasibətə başlamaq üçün imkan yarada bilər. 26 sentyabrda Balıq Dolunayı sosial çevrədə və dostluq münasibətlərində müəyyən məsələlərin tamamlanmasına və aydınlaşmasına səbəb ola bilər.
Əkizlər
Əkizlərin diqqəti ev, ailə və daşınmaz əmlak məsələlərinə yönələcək. 11 sentyabrda Qız Yeniayı ev almaq, satmaq və ya köçmək kimi ailəvi qərarların həyata keçirilməsi üçün əlverişli şərait yarada bilər.
26 sentyabrda Balıq Dolunayı karyerada mühüm dönüş nöqtəsinə, layihənin tamamlanmasına və ya nəzərəçarpan uğura işarə edə bilər.
Xərçəng
Xərçənglərin yaxın ətrafla münasibətləri, təhsil və səyahət planları sentyabr ayında sürətlənə bilər.
11 sentyabrda Qız Yeniayı bacı-qardaşlarla münasibətlərin güclənməsinə və yeni razılaşmaların yaranmasına şərait yarada bilər. 26 sentyabrda Balıq Dolunayı hüquqi proseslər, xariclə əlaqəli işlər və akademik məsələlərdə aydınlıq gətirə bilər.
Şir
Sentyabr ayında Şirlərin maliyyə məsələləri və öz dəyəri ilə bağlı düşüncələri ön plana çıxacaq.
11 sentyabrda Qız Yeniayı gəlirləri artırmaq və yeni maliyyə imkanları əldə etmək üçün şərait yarada bilər. 26 sentyabrda Balıq Dolunayı ortaq gəlirlər, kreditlər və ya mirasla bağlı məsələlərin nəticələnməsinə səbəb ola bilər.
Qız
Günəş 22 sentyabra qədər Qız bürcündə olacaq. 11 sentyabrda Qız bürcündə baş verəcək Yeniay özünü yeniləmək və şəxsi məqsədləri həyata keçirmək üçün güclü dövrün başlanğıcı kimi qiymətləndirilir. 26 sentyabrda Balıq Dolunayı ikili münasibətlərdə və evlilikdə mühüm aydınlaşma gətirə bilər.
Tərəzi
Tərəzilər ayın ilk yarısında daha çox öz daxili dünyalarına yönəlmək və zehni baxımdan rahatlamaq istəyə bilərlər.
11 sentyabrda Qız Yeniayı daxili yenilənmə üçün fürsət yarada bilər. 23 sentyabrdan sonra Günəşin Tərəzi bürcünə keçməsi ilə enerji yüksələcək. 26 sentyabrda Balıq Dolunayı isə iş həyatındakı müəyyən prosesin başa çatmasına işarə edə bilər.
Əqrəb
Əqrəblər üçün sentyabr ayında sosial çevrə, dost qrupları və gələcəyə yönəlmiş layihələr əsas mövzulardan olacaq.
11 sentyabrda Qız Yeniayı yeni sosial çevrələrə daxil olmaq və gələcəklə bağlı planlarda irəliləmək üçün imkan yarada bilər. 26 sentyabrda Balıq Dolunayı eşq həyatı və ya övladlarla bağlı məsələdə emosional aydınlıq gətirə bilər.
Oxatan
Oxatanlar karyera və cəmiyyət qarşısındakı mövqeləri baxımından diqqət çəkəcəkləri bir aya daxil olurlar.
11 sentyabrda Qız Yeniayı karyerada yüksəliş, iş dəyişikliyi və ya yeni məsuliyyət gətirə bilər. 26 sentyabrda Balıq Dolunayı ev və ailə həyatındakı bir dəyişikliyin tamamlanmasına şərait yaradacaq.
Oğlaq
Oğlaqlar üçün uzaq səfərlər, ali təhsil və yeni dünyagörüşü sentyabr ayının əsas mövzularından olacaq.
11 sentyabrda Qız Yeniayı xaricə səfər planları və akademik uğurlar üçün yeni imkanlar yarada bilər. 26 sentyabrda Balıq Dolunayı yaxın çevrə, bacı-qardaşlar və kommersiya razılaşmaları ilə bağlı məsələnin nəticələnməsinə səbəb ola bilər.
Dolça
Dolçaların sentyabrın ilk yarısında diqqəti ortaq gəlirlər, miras və investisiyalara yönələcək.
11 sentyabrda Qız Yeniayı borcların yenidən qurulması və yeni maliyyə addımları üçün əlverişli şərait yarada bilər. 26 sentyabrda Balıq Dolunayı şəxsi yığımlar və büdcə ilə bağlı mühüm fərqindəlik və ya maliyyə qazancı gətirə bilər.
Balıq
Sentyabr ayı Balıqlar üçün ikili münasibətlər, evlilik və tərəfdaşlıqlar baxımından müəyyənedici ola bilər.
11 sentyabrda Qız Yeniayı münasibətlərdə yeni, konkret və güvənverici bir dövr başlada bilər. 26 sentyabrda Balıq bürcündə baş verəcək Dolunay isə artıq fayda verməyən vərdişləri geridə qoymaq və yeni mərhələyə keçmək üçün şərait yarada bilər. (Demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:52 / 02.09.2026
Sentyabrda onların vəzifəsi artacaq, gəlirli ay olacaq
Hazırda oxunan: Sentyabrda onların vəzifəsi artacaq, gəlirli ay olacaq
Hazırda oxunan: Sentyabrda onların vəzifəsi artacaq, gəlirli ay olacaq
634368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































