Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından patronlar aşkar edildi – FOTO

Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından patronlar aşkar edildi – FOTO

Hazırda oxunan: Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından patronlar aşkar edildi – FOTO

634355

Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn Rusiya vətəndaşının əl yükündəki ayaqqabıda 11 ədəd patron aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
 

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi nəzarət tədbirləri zamanı sərnişinin əl yükü stasionar rentgen qurğusundan keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub.


Daha sonra aparılan yoxlama nəticəsində əl yükündə olan ayaqqabının içərisində gizlədilmiş 11 ədəd patron aşkarlanıb.

Ekspertiza zamanı patronların zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO