Biz 2026-2030-cu illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi əsasında ANAMA-nı dəstəkləməyə sadiqik.
Bizim.Media xəbər verir ki, bunu “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi adından çıxış edən Nasar Hayat deyib.
O qeyd edib ki, bu sahədə hələ görüləsi çox iş var:
"Daha böyük tərəfdaşlıq və beynəlxalq həmrəylik lazımdır. Mina çirklənməsi milli bir problem ola bilər, lakin minatəmizləmə fəaliyyəti qlobal bir məsuliyyətdir".
BMT nümayəndəsi Azərbaycanın minatəmizləmə sahəsində mühüm irəliləyişlər əldə etdiyini vurğulayıb.
"Azərbaycan təkcə 2024-cü ildə milli mina fəaliyyətlərinə 146 milyon ABŞ dolları vəsait ayırıb. Bu, dünya üzrə qeydə alınmış ən yüksək milli maliyyə töhfəsidir. 2020-ci ilin noyabr ayından etibarən hökumət fondundan 566 milyon ABŞ dolları vəsait ayrılıb. Bu, mühüm nailiyyətdir", - deyə o qeyd edib.
Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:58 / 02.09.2026
BMT: “Azərbaycan minatəmizləməyə dünya üzrə ən yüksək milli maliyyə ayırıb”
Hazırda oxunan: BMT: “Azərbaycan minatəmizləməyə dünya üzrə ən yüksək milli maliyyə ayırıb”
Hazırda oxunan: BMT: “Azərbaycan minatəmizləməyə dünya üzrə ən yüksək milli maliyyə ayırıb”
634353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































