Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

Hazırda oxunan: Bu şəhər sürətlə yerin altına batır - Milyonlarla əhalisi var

634273

Meksikanın paytaxtı Mexiko şəhəri yeraltı suların çəkilməsi səbəbindən ildə 42 santimetrə qədər batır.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, geridönüşü olmayan geoloji çökmə nəhəng şəhəri hər gün daha da dərinləşən böyük bir fəlakətə sürükləyir.

Məlumata görə, Mexikonun küçələrində iri çatlar əmələ gəlib, binalar, metro xətləri, yollar və bütün şəhər infrastrukturu dağılma riski ilə üz-üzə qalıb.

Meksika Milli Muxtar Universiteti və NASA tərəfindən aparılan genişmiqyaslı tədqiqatlar fəlakətin əsas səbəbini ortaya qoyub. Mexiko qurumuş gölün yatağında salınıb. İndi isə yeraltı qrunt suları sürətlə çəkilir. Bu da şəhərin çökməsinə səbəb olur.
 

Alimlərin fikrincə, Meksika paytaxtının altındakı torpağın aşağı qatlarındakı su təbəqəsi tamamilə boşalıb. Su tərkibini itirən çöküntü təbəqələri təzyiq altında sıxılıb və torpaq daimi olaraq çökməyə başlayıb.


Üstəlik, bu çökmə prosesi şəhərin hər yerində eyni sürətlə baş vermir. Yeraltı su itkisinin intensivliyindən asılı olaraq, bəzi məhəllələrdə illik çökmə bir neçə santimetrlə məhdudlaşır, böhranın episentri hesab edilən ərazilərdə isə bu sürət ildə 42 santimetri keçir.

Prosesin mümkün inkişaf ssenariləri daha böyük narahatlıq doğurur. NISAR peykindən alınan son radar məlumatları, ərazinin çökməsinin ayda 2 santimetrdən çox sürətlə və fasiləsiz davam etdiyini göstərir.

Alimlər məsamə quruluşunu itirən torpaqdakı bu sıxılmanın fiziki olaraq dönməz xarakter aldığını deyirlər.

Ən böyük təhlükə sıxılmış torpaq təbəqələrinin su saxlama qabiliyyətini tamamilə itirməsidir. Bu, Mexiko şəhərinin gələcəkdə daha ciddi su böhranı ilə üzləşəcəyini göstərir.

Qeyd edək ki, Mexikoda təxminən 22 milyon nəfər yaşayır. Şəhər böyüklüyünə görə dünyanın ilk 10 ən nəhəng meqalopolisi (şəhəri) sırasına daxildir. Mexiko şəhər mərkəzində isə təqribən 9 milyon insan yaşayır. (ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO