ANAMA sədri: “Azərbaycanın mina probleminin həllinə 590 milyon dollar vəsait ayrılıb”

ANAMA sədri: “Azərbaycanın mina probleminin həllinə 590 milyon dollar vəsait ayrılıb”

Hazırda oxunan: ANAMA sədri: “Azərbaycanın mina probleminin həllinə 590 milyon dollar vəsait ayrılıb”

634351

Azərbaycan mina probleminin həllində güclü milli iradə və məsuliyyət nümayiş etdirib. 2020-ci ilin noyabr ayından etibarən ölkədə humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları vəsait ayrılıb. Yalnız bu məbləğin təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin edilib, qalan hissəsi isə Azərbaycan Hökuməti tərəfindən qarşılanıb. Bu, dövlətimizin təhlükəsiz qayıdış, yenidənqurma və bərpanın təmin edilməsinə verdiyi aydın önəmi nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov lV Beynəlxalq Mina Fəaliyyəti Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır:

"Heç bir ölkə mina probleminin öhdəsindən təkbaşına gələ bilməz. Çirklənmiş ərazilərdən bərpaya, riskdən dayanıqlılığa keçmək istəyiriksə, beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi, innovasiya və güclü milli məsuliyyətin hər biri zəruridir".

Sədr Azərbaycan ərazilərinin mina və partlayıcı sursatlarla çirklənməsinin miqyasının böyük olduğunu qeyd edib:

"Bu səbəbdən təmizləmə prosesini intensivləşdirmək, mülki əhali üçün riskləri azaltmaq və işğaldan azad edilmiş ərazilərdə şəhərlərin bərpası və inkişaf layihələrinin vaxtında həyata keçirilməsini təmin etmək üçün daha güclü beynəlxalq dəstəyə ehtiyac var".

Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO