ADP İdarə Heyəti növbəti toplantısını keçirib

ADP İdarə Heyəti növbəti toplantısını keçirib

Hazırda oxunan: ADP İdarə Heyəti növbəti toplantısını keçirib
634341
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.
 
Toplantı iştirakçıları ilk növbədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftə ABŞ-da keçirilən görüşün nəticələri ətrafında fikir mübadiləsi aparıblar. Partiya yetkililəri Rusiyanın iştirakı olmadan gerçəkləşən bu görüşü təqdir etməklə yanaşı ABŞ və Aİ-nı bu formatda keçirilən görüşlərdə Ermənistanı üçtərəfli sazişlə və beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlikləri yetirməsi üçün təsir göstərməyə, adı çəkilən dövlətin Cənubi Qagfqazda pozucu fəaliyyətini neytrallaşdırmağa, uzun müddətli, qalıcı sülhün təmin edilməsi üçün səmərəli addımlar atmağa çağırıb.
 
İdarə Heyəti Rusiya və Ukrayna arasında uzun müddətdən bəri davam edən, getdikcə daha amansız fazaya daxil olan müharibəyə, müharibənin tərkib hissəsinə çevrilən Baxmut hadisələrinə, bu şəhərə beynəlxalq hüquqla qadağan edilən işğalçı rus ordusu tərəfindən fosforlu bombalar atılmasına münasibət bildirib və beynəlxalq gücləri bu hərbi cinayətlərə görə Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq etməklə Putin və onun əmrlərinin kor-koranə icraçısına çevrilən hərbi rəhbərliyi beynəlxalq hərbi tribunala cəlb etməyə çağırıb.
 
İdarə Heyəti qardaş Türkiyənin bir çox türk və Azərbaycan diplomatları, ictimai xadimləri, nazirləri terror yolu ilə qətlə yetirməkdə təsdiqini tapan erməni terror təşkilatı olan “Nemezis”ə İrəvanda abidə ucaldılmasına etiraz olaraq Ermənistanla hava yolunun bağlanması məsələsinə münasibət bildirib və Azərbaycan hakimiyyətini bu məsələdə qardaş Türkiyəni müdafiə etməyə, Ermənistanla bağlanacaq sülh sazişinin müddəalarına bu memorialın aradan qaldırılması tələblərini də əlavə etməyə çağırıb.
 
İdarə Heyəti dövlət başçısı İ.Əliyevin H.Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə humanistlik nümayişlik etdirərək əfv fərmanı imzalamasını təqdir edib, lakin bu fərmanın da ölkədə mövcud olan siyasi məhbus problemini həll etməməsindən təəssüfləndiyini bildirib. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO