724 minlik körpü açılışda çökdü - Video

724 minlik körpü açılışda çökdü - Video

Hazırda oxunan: 724 minlik körpü açılışda çökdü - Video

634319

İndoneziyada təxminən 724 min dollara başa gələn asma körpünün açılış mərasimi zamanı gözlənilməz kütləvi insident yaşanıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hadisə Qərbi Yava əyalətinin Panqandaran dairəsində yerləşən Marqaçinta kəndində baş verib. 

Uzunluğu təxminən 60 metr olan "Ponqpet" asma körpüsünün açılışı zamanı yerli məmurlar, hərbçilər və sakinlər də daxil olmaqla 50-dən çox insan eyni anda körpüyə çıxıb.

İnsanlar hərəkət edərkən daşıyıcı trosun qopması səbəbindən körpü qəfil yana əyilib. Yaranan panika zamanı bəzi şəxslər körpüdən yıxılaraq yüngül xəsarətlər alıblar. Tələfat qeydə alınmayıb.

İnsidentdən sonra aparılan baxış zamanı məlum olub ki, körpünün girişində eyni anda maksimum 3 nəfərin və ya 1 motosikletin keçməsinə icazə verildiyinə dair xəbərdarlıq lövhələri var. Körpünün ümumi yükötürmə qabiliyyəti təxminən 2 ton nəzərdə tutulub.

Lakin açılış zamanı bu limit aşılıb.

Körpünün tikintisinə məsul olan hərbi hissənin komandiri, vitse-polkovnik Czi Çitra Kurniavan kütlənin nəzarətsiz şəkildə körpüyə buraxılmasının xəta olduğunu etiraf edərək üzr istəyib. O, körpünün tam uçmadığını, əsas daşıyıcı konstruksiyanın yerində qaldığını bildirib.

Təhlükəsizlik məqsədilə körpü müvəqqəti olaraq bağlanıb, texniki yoxlama və təmir işlərinə başlanılıb. Böyük büdcə ilə tikilən obyektin elə ilk gündən bu vəziyyətə düşməsi ölkədə geniş müzakirələrə səbəb olub.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO