Türkiyədə iki gəmi toqquşdu: 10 nəfər itkin düşüb

Türkiyədə iki gəmi toqquşdu: 10 nəfər itkin düşüb

Hazırda oxunan: Türkiyədə iki gəmi toqquşdu: 10 nəfər itkin düşüb

634323

İstanbulun Silivri rayonu sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisinin toqquşması nəticəsində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına start verilib.

Bizim.Media xəbər verir ki, İstanbul Valiliyindən verilən məlumata görə, qəza sentyabrın 2-nə keçən gecə saat 03:00 radələrində Silivri sahillərindən 18 mil cənubda baş verib.

Kocaelidən Aliağaya gedən Türkiyə bayraqlı "ALSU" ticarət gəmisi ilə İskenderun Limanından Qara dəniz Ereğlisinə hərəkət edən Türkiyə bayraqlı "TUĞBERK İMAMOĞLU" ticarət gəmisi hələ ki müəyyən edilməmiş səbəbdən toqquşublar.

Hadisədən dərhal sonra bölgəyə Sahil Təhlükəsizliyi və Mərmərə və Boğazlar Komandanlığına bağlı çox sayda dəniz vasitəsi və helikopter sövq edilib.

İlkin araşdırmalara əsasən, "ALSU" gəmisində nəzərə çarpan hər hansı bir zədə aşkar edilməyib. Lakin "TUĞBERK İMAMOĞLU" ticarət gəmisi və gəmidə olan 10 nəfərlik heyətlə hələ ki əlaqə qurmaq mümkün deyil.

İstanbul Valiliyinin açıqlamasında bildirilir: "Bölgəyə cəlb edilən qüvvələrin ilkin müşahidələrinə görə, “ALSU” gəmisində vizual olaraq heç bir zədə yoxdur. Lakin “TUĞBERK İMAMOĞLU” ticarət gəmisi və göyərtəsindəki 10 nəfər heyət üzvü ilə hal-hazırda əlaqə saxlanıla bilmir, bölgədə axtarış-xilasetmə tədbirləri davam etdirilir".

İtkin düşən gəminin və 10 nəfərlik heyətin tapılması istiqamətində dənizdən və havadan xilasetmə əməliyyatları sərt şəkildə davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO