Qısamüddətli kirayə mənzillərə qadağa gündəmdə - Azərbaycanda da tətbiq olunacaq?

Qısamüddətli kirayə mənzillərə qadağa gündəmdə - Azərbaycanda da tətbiq olunacaq?

Hazırda oxunan: Qısamüddətli kirayə mənzillərə qadağa gündəmdə - Azərbaycanda da tətbiq olunacaq?

634240

Avropa Komissiyası (AK) mənzillərin qısamüddətli kirayəyə verilməsini məhdudlaşdıran qanun layihəsi hazırlayır. Layihə turistlərin daha çox üstünlük verdiyi şəhərlər üçün nəzərdə tutulub və məqsəd mənzil bazarına təzyiqin azaldılmasıdır. Avropada bu məsələnin gündəmə gəlməsi Azərbaycanda, xüsusilə Bakıda qısamüddətli kirayə bazarının vəziyyəti ilə bağlı suallar yaradır.

Bəs Azərbaycanda qısamüddətli kirayə bazarına eyni yanaşmanın tətbiq olunması mümkündürmü? Belə məhdudiyyətlər tətbiq edilərsə, bu, kirayə mənzillərin sayına və qiymətlərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Elnur Azadov bildirir ki, Avropada kirayə bazarı Azərbaycandakı bazardan müəyyən qədər fərqlənir.

“Turizmin aktiv inkişaf etdiyi İtaliya və Fransanın bəzi ərazilərində vətəndaşlar kütləvi şəkildə evlər tikir və onların bir hissəsini gündəlik və həftəlik kirayə verməklə gəlir əldə edirlər. Həmin ərazilərdə qısamüddətli kirayə mənzillərin sayının artması bazara ciddi təsir edir.

Çox vaxt bundan sui-istifadə edən miqrantlar da olur. Onlar mənzilə “qısamüddətli” adı ilə yerləşirlər, lakin daha sonra mənzili boşaltmırlar. Müddət uzandıqca bu məsələ məhkəmələrdə mübahisə predmetinə çevrilir”.

Bizim bazarda belə faktorlar demək olar ki, yoxdur...

Ekspertin sözlərinə görə, ölkəmizdə müqavilə münasibətləri formalaşmayıb:

“Mənzillərin kirayəyə verilməsində hər hansı müqavilənin tətbiq olunması və hüquqi baxımdan hüquqşünasların bu prosesdə iştirakı sıfıra bərabərdir. Avropa ölkələrində xırda alqı-satqı məsələlərini istisna etməklə, bir çox hallarda müqavilə münasibətləri mövcuddur. Bizdə isə müqavilə münasibətləri bizim ölkədə Avropa ölkələrindən fərqli olaraq olduqca az icra olunur”.

E.Azadov qeyd edir ki, bundan irəli gələn bir çox dolayı problemlər var. Vətəndaşlar arasında anlaşılmazlıqlar, aldatma halları, mənzilin vaxtında boşaldılmaması, mənzilə fiziki-mexaniki zərər vurulması, bir nəfərlə müqavilə bağlanmasına baxmayaraq mənzildə beş nəfərin yerləşdirilməsi və müxtəlif xoşagəlməz hadisələr məhz bu problemlərdən irəli gəlir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO