Pezeşkianın təyyarəsi təcili eniş etdi - FOTO

Pezeşkianın təyyarəsi təcili eniş etdi - FOTO

Hazırda oxunan: Pezeşkianın təyyarəsi təcili eniş etdi - FOTO

634371

İran Prezidenti Məsud Pezeşkianın Bişkekdən qayıdan təyyarəsi Tehrana getmək əvəzinə Rəşt Beynəlxalq Hava Limanına eniş edib.

Bizim.Media xəbər verir ki, İsrailin “12-ci kanal”ı Pezeşkianın təyyarəsinin Rəştə təcili eniş etdiyini bildirib.

İranın “Mehr” agentliyinin məlumatına görə isə, sentyabrın 1-də axşam saatlarında Tehranın şərq hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb.

İran mediası HHM sistemlərinin aktivləşdirilməsi fonunda Pezeşkianın təyyarəsinin marşrutunun dəyişdirilərək Rəştə yönləndirildiyini yazıb.

Təyyarənin Rəştə enişinin dəqiq səbəbi ilə bağlı İran hakimiyyəti tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Eyni zamanda, uçuşun Rəştə enişdən sonra davam edib-etmədiyi barədə də məlumat yoxdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO