ABŞ İrana hücum etdi: 4 ölü, 50 yaralı var - VİDEO

ABŞ İrana hücum etdi: 4 ölü, 50 yaralı var - VİDEO

Hazırda oxunan: ABŞ İrana hücum etdi: 4 ölü, 50 yaralı var - VİDEO

634316

ABŞ-nin ötən gün başlayan raket hücumlarının İranın cənubundakı Sirik şəhərində toy məclisinin keçirildiyi evə dəyməsi nəticəsində, aralarında azyaşlı uşaq da olmaqla dörd nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, SEPAH bu zərbələrə görə ABŞ-nin peşman olacağını bəyan edib.

İran cavab olaraq İraq və İordaniyadakı ABŞ hərbi bazalarına, eyni zamanda, Küveyt və Bəhreynə hücumlar təşkil edib. Çərşənbə günü erkən saatlarda isə Sirik hücumuna cavab olaraq, İordaniyanın Əqəbə şəhərindəki ABŞ dəniz piyadaları bazasına doğru çoxsaylı ballistik raketlər buraxılıb. İordaniya Silahlı Qüvvələri 13 ballistik raketin qarşısını aldığını, onlardan 10-unun məhv edildiyini, 3-nün isə ucqar ərazilərə düşdüyünü açıqlayıb. İranın bu hücumu nəticəsində ölən və ya yaralanan olmayıb.

Bundan başqa, Küveyt ordusu çərşənbə günü erkən saatlarda hava hücumundan müdafiə sistemlərinin İranın raket hücumlarına cavab verdiyini bəyan edib.

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO