I sinfə elektron qəbul prosesi sabah başa çatacaq

I sinfə elektron qəbul prosesi sabah başa çatacaq

Hazırda oxunan: I sinfə elektron qəbul prosesi sabah başa çatacaq

634347

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
 

Bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb. Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.


İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə: Alternativ qeydiyyat mərkəzlərinə; Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə; ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO