Tovuz rayonunda qadını ilan sancıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Aşağı Mülkülü kəndində 1985-ci il təvəllüdlü Əfsanə Zeynalova həyətdə işləyərkən baş verib.
O, dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona ilan zəhəri əleyhinə zərdab vurulub.
Əfsanə Zeynalovanın vəziyyətinin kafi olduğu bildirilir. (AZƏRTAC)
Bizim.Media





























































































