İranla bütün fəaliyyətləri dayandırdılar

İranla bütün fəaliyyətləri dayandırdılar

Hazırda oxunan: İranla bütün fəaliyyətləri dayandırdılar

631883

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran arasında bütün ticarət, kommersiya və maliyyə əməliyyatları növbəti bildirişədək dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Afra əl-Haməlinin bəyanatında deyilir.

O bildirib ki, qərar regionda beynəlxalq və regional sülhə, təhlükəsizliyə xələl gətirən gərginliyin artması fonunda qəbul edilib.

Əl-Haməli BƏƏ və İran arasındakı iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı bütün iddiaları rədd edərək, Əbu-Dabinin sülh, sabitlik və tərəqqinin təşviqi vasitəsi kimi dialoqa, əməkdaşlığa və regional inteqrasiyaya sadiq olduğunu vurğulayıb.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, BƏƏ beynəlxalq hüquqa və yüksək qlobal standartlara uyğun olaraq beynəlxalq maliyyə sisteminin bütövlüyünün qorunması prinsiplərinə əməl etməkdə davam edəcək.

Xatırladaq ki, bundan əvvəl BƏƏ Müdafiə Nazirliyi İrandan atılan iki ballistik raketin qeydə alındığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO