Qan təzyiqinin daha intensiv şəkildə aşağı salınması beyin daxilinə qanaxma keçirmiş insanlarda təkrar insult riskini 38 faiz azalda bilər.
Bizim.Media xəbər verir ki, bu nəticə The Lancet Neurology jurnalında dərc olunan geniş meta-analizdə əksini tapıb.
Tədqiqatçılar 2944 pasiyentin iştirak etdiyi dörd klinik araşdırmanın nəticələrini təhlil ediblər. İntensiv müalicə alanların 6,5 faizində, standart müalicə alanların isə 10,4 faizində təkrar insult qeydə alınıb.
Alimlərin fikrincə, əsas nəticə təkrar beyin qanaxması riskinin təxminən 61 faiz azalması ilə bağlıdır. Eyni zamanda, intensiv müalicə ciddi yan təsirlərin artmasına səbəb olmayıb.
Bizim.Media


































































































