İstanbuldan Bakıya 17 ədəd “iPhone” gətirmək istədi, gömrükdə saxlanıldı – FOTO

İstanbuldan Bakıya 17 ədəd “iPhone” gətirmək istədi, gömrükdə saxlanıldı – FOTO

Hazırda oxunan: İstanbuldan Bakıya 17 ədəd “iPhone” gətirmək istədi, gömrükdə saxlanıldı – FOTO

630959

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon, xeyli sayda mobil telefon ehtiyat hissələri və aksesuarları aşkar edilib.

Bizim.Media bu barədə Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı çamadandan gömrük orqanına bəyan edilməyən müxtəlif parametrlərə malik ümumilikdə, 17 ədəd “iPhone” markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və aksesuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO