Gəncədə 44 yaşlı kişi kəsici alətlə xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Rüstəm Həsənov bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanalardan birinə gətirilib. Adıçəkilən şəxsə tibbi yardım göstərilib, vəziyyəti stabildir.
Onun kim tərəfindən və hansı şəraitdə xəsarət aldığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



































































































