Lənkəranda açıq sahədə yanğın başladı

Lənkəranda açıq sahədə yanğın başladı

Hazırda oxunan: Lənkəranda açıq sahədə yanğın başladı
630597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda açıq sahədə yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində baş verib.

Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi və ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
 

İlkin məlumata görə, yanğın baş verən əraziyə yaxın sahədə sitrus bağları yerləşir. Bağlarda budanan qurumuş ağaclar Separadi və ətraf kəndlərin sakinlərinin istifadəsi üçün açıq sahəyə yığılır. Kənd sakinlərinin həmin ağac qalıqlarından gündəlik olaraq təndirdə istifadə etdiyi bildirilir.


Yanğının həmin ağac qalıqlarının qəsdən yandırılması nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO