“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO

“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO

Hazırda oxunan: “Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO
630530
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Balakən rayonunda baş vermiş və dörd nəfərin həyatını itirməsi ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl etmək şəxsi seçim deyil, hər bir hərəkət iştirakçısının üzərinə düşən hüquqi və mənəvi məsuliyyətdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial şəbəkə hesabında bildirib.

“Təəssüf ki, bəzi sürücülər təhlükəli sürəti, riskli ötməni və digər qayda pozuntularını yalnız özlərinə aid qərar kimi qəbul edir, bununla yaratdıqları təhlükənin miqyasını nəzərə almırlar. Halbuki ümumi istifadədə olan yollarda verilən yanlış qərarın nəticəsi heç vaxt yalnız həmin sürücü ilə məhdudlaşmır.

Bir sürücünün məsuliyyətsiz davranışı qaydalara riayət edərək öz yolu ilə hərəkət edən insanların həyat və sağlamlığını da təhlükə altına qoyur. Yol hərəkətində hər bir sürücü öz davranışının mümkün nəticələrini nəzərə almalı, digər insanların həyat və sağlamlığına təhlükə yarada biləcək hərəkətlərdən çəkinməlidir”, - deyə R.Tağıyev vurğulayıb.

“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO