Zaqatalada AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı - VİDEO

Zaqatalada AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı - VİDEO

Hazırda oxunan: Zaqatalada AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı - VİDEO
630522
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada TIR-la minik maşını toqquşub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Yevlax- Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatalanın Əliabad qəsəbəsindən keçən hissəsində baş verib.

Bakı istiqamətində hərəkətdə olan Türkiyə dövlət nömrə nişanlı iri tonnajlı yük maşını ilə Zaqatala rayon sakininin idarə etdiyi “Chevrolet Niva” markalı avtomobil toqquşub.
 

Qəzadan sonra TIR-ın sürücüsü xəsarət almasada, Chevrolet markalı avtomobildə olan iki nəfər- Zaqatalanın Yengiyan kənd sakini 32 yaşlı Məhəmməd Bünyad oğlu Mahmudov və Höytala kənd sakini 58 yaşlı Şamil Məhəmməd oğlu Dadayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxansının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər.


Hər iki şəxsin müalicəsi xəstəxanada davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alan şəxslər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Zaqatala Rayon Baytarlıq Epidemiologiya İdarəsinin əməkdaşlarıdır. Qəzaya düşən maşın isə xidmət avtomobilidir.

Faktla bağlı araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO