Azərbaycanda 18 yaşdan aşağı şəxslərin əmək fəaliyyətinə cəlb olunması qanunvericiliklə xüsusi qaydalarla tənzimlənir. Xüsusilə yetkinlik yaşına çatmayanların işə qəbulunda yaş həddi, valideyn razılığı, iş vaxtı və onların sağlamlığına və mənəviyyatına təhlükə yarada biləcək işlərə cəlb edilməməsi ilə bağlı tələblər mövcuddur.
Bəs, 18 yaşdan aşağı şəxslərin əmək fəaliyyətinə cəlb olunması zamanı hansı xüsusi məhdudiyyətlər nəzərdə tutulur və işəgötürənlər bu tələbləri pozduqda hansı hüquqi məsuliyyətlə üzləşə bilərlər?
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, Əmək Məcəlləsinə görə, 15 yaşdan etibarən şəxs əmək münasibətlərinə daxil ola bilər, amma bunun üçün valideynlərinin yazılı razılığı tələb olunur.
"Eyni zamanda, əmək fəaliyyəti təhsildən ayrılmamaq şərti ilə həyata keçirilməlidir. Bu, çox vacib məqamdır. Yetkinlik yaşına çatmayan şəxslər ağır və zərərli işlərə cəlb edilə bilməzlər. Buraya yeraltı işlər, tunellərdə görülən işlər, həyat və sağlamlıq üçün təhlükə yaradan, o cümlədən ağır yük qaldırma ilə bağlı işlər daxildir.
İş vaxtı da yaşa uyğun olaraq məhdudlaşdırılır. 16 yaşına qədər şəxslər həftədə 24 saatdan, 16 yaşdan 18 yaşa qədər olan şəxslər isə həftədə 36 saatdan artıq işləyə bilməzlər. Həmçinin gecə saatlarında, yəni saat 22:00-dan sonra onların işlədilməsi qadağandır".
Vəkil bildirib ki, yetkinlik yaşına çatmayan şəxslər qeyri-iş günlərində işə cəlb edilə və ezamiyyətə göndərilə bilməzlər:
"Onlara ildə ən azı 30 gün məzuniyyət verilməlidir. Bu məhdudiyyətlər nəzərə alınmaqla yetkinlik yaşına çatmayan şəxslər əmək fəaliyyətinə cəlb oluna bilərlər. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə görə, 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimə edilir".
Onun sözlərinə görə, bundan əlavə, həmin maddəyə əsasən, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmasına görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 10 000 manatdan 13 000 manatadək cərimə edilir. Bununla yanaşı, əmək qanunvericiliyinin digər tələblərinin pozulmasına görə də müvafiq cərimələr nəzərdə tutulur".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:25 / 11.08.2026
Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR
Hazırda oxunan: Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR
Hazırda oxunan: Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR
630520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































