AzTV-nin Qərbi Azərbaycanla bağlı süjeti hədəfə toxundu - VİDEO

AzTV-nin Qərbi Azərbaycanla bağlı süjeti hədəfə toxundu - VİDEO

Hazırda oxunan: AzTV-nin Qərbi Azərbaycanla bağlı süjeti hədəfə toxundu - VİDEO

630184

Azərbaycanın tarixi yurd yerlərinin qədim adlarının yenidən səsləndirilməsi bəzi erməni dairələrində ciddi narahatlıq yaradıb.

Bizim.Media  xəbər verir ki, erməni Teleqram kanallarından biri Azərbaycan Televiziyasının (AzTV) yayımladığı reportaja xüsusi diqqət çəkib.

Kanalın məlumatına görə, süjetdə Ermənistanın hazırda “Sünik” adlandırdığı ərazi Zəngəzur kimi təqdim olunaraq Qərbi Azərbaycanın bir hissəsi kimi göstərilib.
 

Erməni mənbəsi reportajın Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış bəyannamənin və TRIPP layihəsi ilə bağlı razılaşmaların ildönümündə yayımlanmasını da xüsusi vurğulayıb.

 

Erməni dairələrinin reaksiyası göstərir ki, Azərbaycanda Qərbi Azərbaycanla bağlı tarixi toponimlərin, o cümlədən Zəngəzur adının daha geniş şəkildə işlədilməsi Ermənistanda həssaslıqla qarşılanır. Azərbaycanın öz qədim yurd yerlərinin tarixi adlarını gündəmə gətirməsi bəzi erməni siyasi və media dairələrində gərgin reaksiyalara səbəb olur.

Məsələnin ən mühüm tərəflərindən biri isə müxtəlif dövrlərdə indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından didərgin salınmış azərbaycanlıların geri qayıdışı məsələsidir. Azərbaycan bu mövzunu dinc, təhlükəsiz və ləyaqətli qayıdış hüququ çərçivəsində gündəmdə saxlayır.

Tarixi Azərbaycan toponimlərinin səsləndirilməsi həmin ərazilərin bugünkü beynəlxalq-hüquqi statusunun dəyişdirilməsi anlamına gəlmir. Bununla belə, Zəngəzur və digər tarixi adların, eləcə də bölgədəki Azərbaycan irsinin yenidən geniş ictimai müzakirəyə çıxarılması erməni dairələrində getdikcə daha böyük narahatlıq doğurur.

İndi əsas suallardan biri budur: vaxtilə bu torpaqlardan didərgin düşmüş azərbaycanlı soydaşlarımız öz doğma yurdlarına nə vaxt qayıda biləcəklər?


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO