Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40.4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir.
Bizim.Media xəbər verir ki, 15 yaşdan yuxarı əhalinin 48.2 faizi artıqçəkilidir (BKİ 26-30), 10 faizi isə piylənmədən (BKİ 31-dən yuxarı) əziyyət çəkir.
Normal bədən kütlə indeksinə malik olanların payı 40.4 faiz, normadan az çəkiyə malik şəxslərin payı isə 1.4 faiz təşkil edir.
Statistikaya əsasən, yaş artdıqca artıq çəki problemi daha da dərinləşir. Belə ki, 45-64 yaş qrupunda əhalinin 61.1 faizi artıqçəkilidir, 16.6 faizi isə piylənmədən əziyyət çəkir. 65 yaş və yuxarı əhali arasında isə artıqçəkililərin payı 61 faiz, piylənmədən əziyyət çəkənlərin payı 18.6 faizdir.
Azərbaycanda kişilərin 53.7 faizi artıqçəkilidir, 9.3 faizi piylənmədən əziyyət çəkir. Qadınlarda isə 43.2 faiz artıqçəkili, 10.7 faiz piylənmə göstəricisi qeydə alınıb.
Rəsmi statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta çəkisi 69.7 kiloqram, orta boyu isə 167.5 santimetrdir. Kişilərin orta çəkisi 73.7 kiloqram, qadınların orta çəkisi 66.1 kiloqram təşkil edir. (Modern.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:31 / 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Hazırda oxunan: Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Hazırda oxunan: Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
629676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































