Yeni və tam təmirli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Yeni və tam təmirli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Yeni və tam təmirli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

629468

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində yerləşən 204 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə İKZF məlumat yayıb.
 

Bildirilib ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 620 manatdan başlayır. Yeni mənzillər seçim üçün avqustun 12-də saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.


Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) (e-gov.az) inteqrasiya edilmiş "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçirilir.

Müraciətlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi məqsədilə yaşayış sahələrinin seçimi SİMA biometrik identifikasiya üsulu ilə həyata keçiriləcək. SİMA biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO