Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT

Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT

Hazırda oxunan: Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT

629108

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) iki şöbənin müdiri işdən çıxıb.

Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
 

Əmrə əsasən, Elnur Pənah oğlu Əmirov Mərkəzi mühasibatlıq və təyinat filialının Saxlanma xərclərinin ödənişi şöbəsinin müdiri vəzifəsindən azad olunub.


Digər əmrlə, Elnur Aydın oğlu Qasımov "Qarabağ Peşə Hazırlığı Mərkəzi" publik hüquqi şəxsin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Sədrin digər əmri ilə Nərgiz İlqar qızı Kərimova Beynəlxalq əlaqələr və layihələr departamentinin müdir müavini təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO