Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Hazırda oxunan: Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

628798

2026-cı ilin avqust ayı geomaqnit aktivliyi baxımından olduqca hadisəli olacağını vəd edir. 

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, sakit dövrlər müxtəlif intensivlikli maqnit qasırğaları ilə əvəz olunacaq. 

Avqust ayında maqnit fırtınaları nə vaxt baş verəcək?

Uzunmüddətli geomaqnit proqnozuna görə, Yer kürəsinin maqnit sahəsində ən çox nəzərə çarpan pozuntular ayın birinci yarısında baş verəcək. Ən intensiv günlər avqustun 7-10-u ola bilər.
 

Avqustun 10-da maqnit qasırğası 7 bal gücündə (G3 sinfi) olacaq. Avqustun 17-də, daha sonra isə ayın 20-də aktivliyin daha da artması gözlənilir və ayın sonunda - 25, 28 (7 bal gücündə), 29 və 30-da (6 bal gücündə) daha da artma ehtimalı var.


Qeyd edək ki, proqnozlar müntəzəm olaraq yenilənir. Maqnit qasırğasının dəqiq gücü, adətən, mövcud günəş aktivliyindən asılı olduğundan, başlamasından bir və ya iki gün əvvəl müəyyən edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO