Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

Hazırda oxunan: Bu il neçə nəfərə evlərində sosial xidmət göstərilib?

628434

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən bu ilin ilk yarımilində 4409 şəxs evlərində səyyar formada sosial xidmətlə təmin olunub.

Bu barədə Bizim.Media-ya nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 4075-i tənha ahıl, 334-ü isə əlilliyi olan şəxslərdir.
 

Sosial xidmətçilər tərəfindən onlara gündəlik qayğı və məişət ehtiyaclarının qarşılanması, yemək hazırlanması və şəxsi gigiyenaya yardım, alış-veriş və kommunal məsələlərin həlli istiqamətində xidmətlər göstərilib.


Bu xidmətdən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıl şəxslər və tənha əlilliyi olan şəxslər yararlana bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO